AZ RU EN
Valideynini itirmiş uşaqlara ödənişli əsaslarla təhsil almaqda hər hansı güzəşt varmı?
Bugünlərdə ali təhsil müəssisələrinə qəbul olunan şəxslər artıq məlum olmuşdur.  Təbiidir ki, onlardan bəziləri dövlət sifarişi əsasında (ödənişsiz), bəziləri isə ödənişli əsaslarla ali təhsil ocaqlarında təhsil almaq hüququ qazanmışlar. Bəs valideynini itirmiş uşaqlara ödənişli əsaslarla təhsil almaqda hər hansı güzəşt varmı? Bu suala “Bakı Hüquq Mərkəzi”nin hüquqşünası İsrafil Əlili cavab verib.

Hüquqşünas bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
 
İ.Əlili: “Burada xüsusilə qeyd etmək lazımdır ki, valideynlərini itirmiş uşaqlar dedikdə, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər başa düşülür. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə isə, 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər başa düşülür “(Sözügedən Qanunun 1-ci maddəsi).

  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan

BHM JOURNAL