AZ RU EN
Bakı Hüquq Mərkəzi, Formula 1 - Avropa Qran Prisinin hüquqi tərəfdaşı seçilmişdir

 

Mətbuatda xəbər verildiyi kimi, gələn - 2016-cı ilin iyun ayında ölkəmizdə Formula 1 – Avropa Qran Prisi avtomobil yarışları baş tutacaqdır.Formula 1 ilə əlaqəli avtomobil yarışıolanAvropa Qran Prisi 1980-ci illərinortasından etibarən keçirilməyəbaşlanılmış və 1999-2012-ci il tarixləriarasında müntəzəm şəkildə təşkil olunmaqdadır.Bu qəbildən olan sonuncu yarış 2008-2012-ci illərdə İspaniyada “Valensiya küçə halqası” adı altında keçirilmişdir. Qeyd olunan yarış 2016-cı ildən etibarən Azərbaycanın paytaxtı – Bakı şəhərində yenidən keçiriləcəkdir.

Ölkəmizdə yarışın təşkili və keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin yanında Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yaradılmış və Bakı Hüquq Mərkəzinin bundan əvvəl - I Avropa Oyunlarındakı müsbət təcrübəsi nəzərə alınaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hüquqi tərəfdaşı seçilmişdir.

40-dan artıq heyəti ilə fəaliyyət göstərən Bakı Hüquq Mərkəzi regionun ən iri hüquq şirkətlərindən biri olmaqla çoxspektrli hüquqi xidmətlərin göstərilməsi sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda, hüquq şirkətlərinin nüfuzlu beynəlxalq reytinq cədvəllərinə (Legal500, IFLR1000) əsasən, Bakı Hüquq Mərkəzi hüquqi xidmətlər göstərən şirkətlər arasında aparıcı yerlərdən birini tutmaqdadır.


  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan

BHM JOURNAL