AZ RU EN
HAQQIMIZDA

 

Biz necə işləyirik

Bakı Hüquq Mərkəzinin kollektivi və işçi heyəti öz sahəsində mütəxəssisləşmiş vəkillər, hüquqşunaslar və məsləhətçilərdən ibarətdir. Bizə müraciət edən fiziki şəxslər və ya hüquqi şəxslərin nümayəndələrinə hüquqi yardım proseduru aşağıdakı formada aparılır. Daha bir mühüm faktı nəzərinizə çatdırmaq istərdik ki, Baki Hüquq Mərkəzi hər hansı məsələ ilə bağlı hüquqi yardım göstərməzdən əvvəl işin perspektivliliyi ilə bağlı ilkin məsləhətlər verir. Qeyd olunan ilkin konsultasiya pulsuz olaraq həyata keçirilir və ümumi məlumatlandırma xarakterlidir.

 Faktların Toplanması

Prosesin dərindən və əsaslı araşdırılması üçün birinci mərhələdə lazımi sənədlər və faktlat toplanılır. Bu mərhələ şirkətimizin yüksək səviyyədə təhsilli və təcrübəli gənc mütəxəssisləri tərəfindən işlənib hazırlanır. BHM-in müştərilərlə iş üzrə fəaliyyət göstərən gənc mütəxəssisləri əldə edilən faktlar əsasında aşağıda qeyd olunan istiqamətlərdə müştəriləri məlumatlandırırlar.

•    Mübahisə edilən iş şirkətin xidmət göstərdiyi digər subyektlərin

maraqları ilə toqquşarsa Bakı Hüquq Mərkəzi hüquqi yardım göstərə bilməyəcəyini bəyan edir. Əməkdaşlıq etdiyimiz digər hüquq şirkətləri sırasından bu sahədə hüquqi yardım göstərə biləcək alternativlər təklif olunur.

•    İş üzrə tələb edilən hüquqi xidmət şirkətimizin hüquqi davranış kodeksi və prinsipləri ilə müəyyən olunmuş tələblərə cavab verirsə, toplanılmış materiallar və faktlar əsasında həmin sahə üzrə   mütəxəssisləşmiş vəkil işin materialları ilə yaxından tanış olduqdan sonra konsultasiya təyin olunur.

 

 

  Konsultasiya

 

Konsultasiya işin detalları ilə tanış olan və həmin sahədə mütəxəssisləşmiş vəkilin iştirakı ilə həyata keçirilir. Vəkil interativ musahibə yolu ilə bir sıra suallar ünvanlayaraq təqdim olunan faktların etibarlılığı və qanuni yolla əldə olunması ilə bağlı məlumat toplayır. Konsultasiyanın yekununda vəkil bu iş üzrə tətbiq olunacaq hüquq normaları, işin mübahisələndirilməyə dəyərli nüansları, növbəti mərhələdə atılacaq addımlar və prosessual müddətlər haqqında məlumat verir.

 

 Dəyərləndirmə

 

Müştərinin qanunla qorunan maraqlarının müdafiəsi baxımından yekun dəyərləndirmə aşağıdakı istiqamətlərdə aparılacaq.

-       BHM əməkdaşlarının işin bütün faktları ilə bağlı məlumatlılığı;

-       Tətbiq olunacaq müvafiq hüquq normaları haqda analiz və onların müvafiq iş üzrə tətbiq edilməsi;

-       Növbətimərhələlərdə son möhlət müddətləri (deadlines);

-       Risklərin qiymətləndirilməsi;

-       Müştərinin maraqları hansı çərçivədə qorunması və s.

 

 

 Nümayəndəlik

 

Bakı Hüquq Mərkəzinin hüquqşünasları müştərilərimizin maraqlarını hər müstəvidə yüksək əzm, fədakarlıq və məsuliyyətlə məhkəmədə, hüquq mühafizə orqanlarında, icra hakimiyyəti orqanlarında, biznes görüşlərində təmsil edir.

 

  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan

BHM JOURNAL