AZ RU EN
MÜŞTƏRİLƏR VƏ TƏRƏFDAŞLAR

 

Yarandığı ilk gündən etibarən BHM bir sıra əhəmiyyətli dövlət  və özəl layihələrin həyata keçirilməsində iştirak etmiş və arzuolunan nəticələrin əldə olunmasını təmin etmişdir. Öz korporativ məqsədlərinə sadiq qalaraq, BHM ən mürəkkəb işlərdə belə, hər iki tərəf üçün əlverişli çıxış yollarının təmin edilməsi üçün kifayət qədər vaxt və resurslar sərf etmişdir. Məhz bu səbəbdən BHM davamlı olaraq bir sıra yerli və xarici şirkətlərin üstünlük verdiyi hüquq şirkətidir.

 

Bizim hüquqi dəstək verdiyimiz layihələrə aşağıdakılar daxildir:

 

BAKI AVROPA OYUNLARI ƏMƏLIYYAT KOMİTƏSİ – BHM birinci Avropa Oyunlarının keçirilməsində Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə hüquqi dəstək vermək məqsədilə Avropa Oyunlarının rəsmi hüquqi tərəfdaşı seçilmişdir. Biz fəxr edirik ki, komandamız belə əhəmiyyətli layihənin bir hissəsi olaraq onun uğurla həyata keçirilməsinə nail olmuşdur.

 

Birinci Avropa Oyunlarının uğurla başa çatdırılmasında nümayiş etdirdiyi peşakarlıq sayəsində Azərbaycanda həyata keçiriləcək digər idman tədbirlərinə, o cümlədən 2016 Formula 1 – Avropa Qran Prisi və 2017-ci ildə keçiriləcək 4-cü İslam Oyunlarına hüquqi xidmətlərin göstərilməsi Bakı Hüquq Mərkəzinə həvalə edilmişdir.

 

“AZƏRİŞIQ” ASC - ilk müştərilərimizdən biri olmaqla yanaşı “Azərişıq” ASC bizim üçün müştəridən daha çox daimi tərəfdaşa çevrilmişdir. Biz dəfələrlə müəssisəni cəlb edildiyi  məhkəmələrdə onun maraqlarını uğurla müdafiə etmişik.

 

 

ASAN Xidmət – BHM Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ASAN xidmət mərkəzlərində vətəndaşlara tam təminatlı hüquqi xidmətlərin göstərilməsi həvalə edilmişdir. Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılmışdır. Bu mərkəzlər  hüquqi şəxslərin və vergi ödəyicilərinin dövlət qeydiyyatı, notarial xidmətlər, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, pasportların verilməsi və ya yenilənməsi kimi bir sıra xidmətlər həyata keçirirlər.

 

 

2013-cü ildən etibarən BHM ASAN Xidmətin Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə mərkəzlərinə müraciət edən vətəndaşlara hüquqi xidmətlər göstərir. Bizim xidmətlərə vətəndaşlara yazılı və şifahi məsləhətlərin, arayışların verilməsi, bütün məhkəmə instansiyalarına ünvalanan iddia ərizələrinin hazırlanmasında yardım göstərilməsi, vətəndaşların müraciəti əsasında şikayət və ərizələrin hazırlanması daxildir.

 

Müştərilərimiz sırasında digər yerli və beynəlxalq şirkət və təşkilatları, o cümlədən SOCAR, AccessBank, PashaBank, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və digərlərini göstərmək olar.

 

 

 

 

TƏRƏFDAŞLAR

 

2001-ci ildən etibarən BHM Azərbaycanda və MDB ölkələrində rəqabətə davamlı, hər bir müştəriyə fərdi yanaşmaya əsaslanan və innovativ hüquq şirkəti olaraq tanınmaqla öz nüfuzunu qoruyub saxlamaqdadır. Şirkətimiz bu müddət ərzində Mərkəzi Avropa, Orta Asiya və MDB ölkələrindən olan peşakar hüquq şirkətləri ilə möhkəm əməkdaşlığın qurulmasına nail olmuş və müştərilərimizin Avropa və Mərkəzi Asiyada uğurlu biznes fəaliyyətinin təmin edilməsində əhəmiyyətli işlər görmüşdür.

 

Biznes tərəfdaşlarımız həm beynəlxalq, həm də regional müstəvidə tanınmış, xarici hüquq sistemi mühitində iştirak etmək istəyən müştərilərimizin maraqlarını yüksək səviyyədə qoruya bilən etibarlı hüquq şirkətləridir.

 

Xarici tərəfdaşlarımızla birlikdə biz bir sıra əcnəbi investorların Azərbaycanda uğurlu biznes fəaliyyətinin qurulmasına, onların daxili bazara maneəsiz daxil olmaları üçün peşakar məsləhətlər verir və eyni qaydada yerli müştərilərimizin öz biznes fəaliyyətlərini xarici bazara daşımalarına hüquqi dəstək veririk.

  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan

BHM JOURNAL