AZ RU EN
KORPORATIV HÜQUQ

 

  • Vergi qanunvericiliyinə dair məsləhətlərin verilməsi
  • Şirkətlərin təsis edilməsi və qeydiyyatı
  • Birləşmə və şirkətlərə məxsus payların alqı-satqısı, habelə şirkətlərin yenidən təşkili
  • Müflisləşmə
  • Rəqabət və antiinhisar qanunvericiliyinə dair məsləhətlərin verilməsi
  • Mühasibatlıq qanunvericiliyinə dair məsləhətlərin verilməsi

 

BHM biznesin müxtəlif istiqamətləri üzrə yerli və xarici şirkətlərə korporativ hüquq sahəsində məsləhətlərin verilməsini təmin edir. Şirkətimiz yerli və xarici investisiyalı hüquqi şəxslərin təsis edilməsində cox geniş təcrübəyə malikdir.

 

Hər hansı müəssisə yaradılarkən, ilk mühüm addım kimi biz müştərilərimizin biznes ehtiyaclarına cavab verən və vergitutmanın optimallaşdırılmasına əsaslanan təşkilati-hüquqi formanı müəyyən edirik. Hüquqşünaslarımız birləşmə və yenidən təşkil, birgə və törəmə müəssisələrin maliyyə restrukturizasiyası da daxil olmaqla, bir sıra biznes əməliyyatları zamanı vergitutma, vergi əməliyyatlarının planlaşdırılması ilə bağlı hərtərəfli hüquqi məsləhətlərin verilməsini təmin edir. Yerli və beynəlxalq vergi məsələləri sahəsində geniş bilik və təcrübəmiz sayəsində biz müştərilərimizin verdikləri investisiya qərarlarında onlara vergi güzəştlərindən istifadə edə biləcəkləri effektiv həll yollarını təklif edirik.

 

Bundan əlavə, şirkətimiz antiinhisar qanunvericiliyinin tələblərinə riayət etmək, hər hansı qanun pozuntusuna yol verməmək və heç bir araşdırmaya cəlb olunmamaq üçün müştərilərinə hüquqi dəstək verir.

 

 

 

  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan

BHM JOURNAL