AZ RU EN
LAYİHƏLƏR
  • BHM-in ən mühüm layihələrindən biri Bakı Avropa Oyunları Təşkilat Komitəsinə rəsmi hüquqi xidmətlər göstərən tərəfdaş kimi çıxış etməsidir.  Belə ki, BHM Bakıda keçiriləcək 2015 Avropa Oyunlarının təşkili və gedişatı ilə əlaqədar bütün növ hüquqi xidmətləri  göstərməkdədir. Qeyd etmək lazımdır ki, BHM Azərbaycanda idman hüququ sahəsində hüquqi xidmət göstərən ilk hüquq şirkətlərindəndir. 

 

  • Azərbaycanın ən nüfuzlu və qabaqcıl hüquq şirkətlərindən biri və eyni zamanda, şirkətdə çalışan hüquqşünasların sayına görə Azərbaycanda ən böyük hüquq şirkəti olan Bakı Hüquq Mərkəzi (BHM) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində hüquqi xidmətlərin göstərilməsi həvalə edilmiş ilk və yeganə hüquq şirkətidir. “Bakı Hüquq Mərkəzi” tərəfindən “ASAN xidmət” mərkəzlərində əhaliyə göstərilən hüquqi yardım xidmətlərinin əsas məqsədi vətəndaşların hüquqlarının səmərəli müdafiəsinə şərait yaratmaqdan, onların hüquqi xidmətlərdən faydalanması imkanlarını asanlaşdırmaqdan, müxtəlif məhkəmə instansiyalarına çıxışlarına dəstək verməkdən, əhalinin qarşılaşdığı hüquqi problemlərin həllinə yardım göstərməkdən, o cümlədən  korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlara dəstək verməkdən ibarətdir. BHM yalnız Bakıda deyil, həm də Azərbaycanın bölgələrində "ASAN xidmət" mərkəzlərinə  yaxınlaşan vətəndaşlara hüquqi yardım göstərir. 

 

  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan