AZ RU EN
Anar Bağırov
 

Partnyor

 

anar.baghirov@bhm.az

 

Anar Bağırov "Bakı Hüquq Mərkəzi" hüquq şirkətininnin aparıcı partnyorudur. Onun əsas fəaliyyət sahələri korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli, bank və maliyyə hüququ və daşınmaz əmlak məsələləridir. Anar Bağırov 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, 2012-ci ildən isə Kollegiyanın Rəyasət Heyətinin üzvüdür.

O, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi, Azərbaycan Respublikası Hakimlərin Seçki Komitəsinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, "Azərbaycan vəkili" jurnalının baş redaktoru, həmçinin “Cənubi Qafqaz hüquq jurnalı” və Rusiyanın “Avrasiya vəkilliyi” Jurnalının redaksiya heyətinin üzvüdür.

Anar Bağırov tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən Chambers and Partners reytinq şirkətinin “Chambers Asia Pacific 2014” nəşrində “Azərbaycanda biznes hüququ” kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olunmuşdur.

O, həmçinin “Who`s Who Legal” reytinq şirkətinin "Who`s Who of Construction Lawyers 2013" nəşri tərəfindən aparıcı hüquqşünas olaraq tövsiyə olunur.

O, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri Hüquq Doktoru” adına layiq görülmüşdür.

Eyni zamanda Anar Bağırov Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 

İş Təcrübəsi:

Aparıcı partnyor - BHM Bakı Hüquq Mərkəzi

Baş Hüquq Müşaviri - Tapet Oil & Gas Co Ltd. (2000 - 2002)

Hüquq Məsləhətçisi - Azərbaycan Mədəniyyət Fondu (1997 - 2000)

 

Təhsil:

Bakı Dövlət Universiteti (hüquqşünaslıq), 1993-1997 (bakalavr);

Bakı Dövlət Universiteti (Mülki hüquq), 1997-1999 (magistr);

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu (Hüquq elmləri üzrə fəlsəfə doktoru, 2006);

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun doktorantı, (2014-cü ildən).

 

Bildiyi Dillər:

Azərbaycan

Rus

İngilis

Türk

  • Ünvan:
  • “SKS” Plaza, 7-ci mərtəbə,
  • Füzuli küç. 49, AZ1014
  • Bakı, Azərbaycan
  •  
  • Telefon:
  • (+994 12) 480 0088
  •  
  • Faks:
  • (+994 12) 492 2883
  •  
  •  
  • Suallarınız?

Baku Law Centre Company Profile

Modern Judical-legal System of Azerbaijan

BHM JOURNAL