BHM Law Firm LLC
en az

BHM-in Barama startup-çıları üçün təlimi

09.07.2018

Barama Innovasiya və Sahibkarlıq mərkəzinin rezident startapları üçün təşkil olunan Startap İnkubasiya Proqramının son modulu olan Startap Fəaliyyətinin hüquqi tənzimlənməsi modulu davam edir.

Bu modulda Bakı Hüquq Mərkəzinin əməkdaşları Azərbaycan və dünya qanunverciliyində startap fəaliyyətinin hüquqi müstəvidə necə tənzimləndiyi, həmçinin yeni qurulan bizneslərin hüquq və öhdəlikləri, bir çox startaplar üçün gündəmdə olan əqli mülkiyyət və patentləşdirmə sahəsində beynəlxalq təcrübə və yerli qanunvericilik mövzusunda interaktiv seminar təşkil etmiş, iştirakçıların suallarını ətraflı şəkildə cavablandırmışdır.

Bununla da Startap İnkubasiya Proqramının modulları yekunlaşmış hesab oluur və bizi qarşıda Startapların yekun nəticələrini təqdim edəcəyi Final Demo Day gözləyir. Rezident startaplar arasında əvvəlcədən müəyyən etdiyimiz meyarlar əsasında seçiləcək ən yaxşı startap görəsən hansı olacaq? 

#Barama #Azercell #PASHABank #incubationprogram #startup #legalmodule

 

Image may contain: 1 person, screen

 

 

Image may contain: 2 people, people sitting, table and indoor