4 noyabr 2021-ci il tarixində Bakıda BHM Hüquq Şirkətinin və Möet Hennesy şirkətinin birgə təşkilatçılığı ilə "Tərkibində LVMH qrupuna məxsus şirkətlərin əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarətinin aparılması və o cümlədən də pirat və kontrafakt mallarla əsllərinin fərqləndirilməsinə dair" təlim keçirilib.
Təlimdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov əqli mülkiyyət hüquqlarının qorunmasında gömrük nəzarəti haqqında məruzə ilə çıxış edib.
Daha sonra Möet Hennesy şirkətinin ekspertləri Marka qorunması üzrə meneceri xanım Flavie Jost və Marka qorunması üzrə koordinatori xanım Garance Lacroix-Nahmais şirkətin bu sahədə apardığı siyasətdən, istehlakçıların hüquqlarının qorunmasının əhəmiyyətindən, və kontrafakt məhsulların əsilləri ilə fərqləndirilməsi haqda iştirakçılara ətraflı məlumat təqdim etdilər.
Təlimin sonunda Dövlət Gömrük Komitəsinin bir sıra işçiləri və Möet Hennesy şirkətinin nümayəndələri arasında fikir mübadiləsi və müzakirələr aparılıb.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM