Peşəkar fəaliyyətimizin 21-ci ilində ölkəmizdə, eləcə də ondan kənarda, iri müştəri bazası qazanmağımıza səbəb olan əzm, fədakarlıq və məsuliyyətimiz sayəsində əldə etdiyimiz uğuru fərəh hissi ilə qeyd edir və bizə müraciət edən hər bir şəxsə etibarlı beynəlxalq əlaqələrə əsaslanan yerli təcrübəmizi təklif edirik.
Mehman Sultanov
İdarəedici Partnyor
Azərbaycanda biznes mühiti barədə hesabat ölkə barədə ümumi məlumatı, biznesin qurulması və aparılması üçün əsas qanunvericilik bazasını, 2017-ci ildə ölkənin əsas iqtisadi göstəriciləri, o cümlədən sahibkarlara dövlət dəstəyi və investorlara vergi və s. güzəştlərin edilməsi barədə qanunvericilikdə baş verən yenilikləri əks etdirir.