BHM Hüquq Şirkəti MMC
en az

Qısa tarixçə

Peşəkar fəaliyyətimizin 22-ci ilində ölkəmizdə, eləcə də ondan kənarda, iri müştəri bazası qazanmağımıza səbəb olan əzm, fədakarlıq və məsuliyyətimiz sayəsində əldə etdiyimiz uğuru fərəh hissi ilə qeyd edir və bizə müraciət edən hər bir şəxsə etibarlı beynəlxalq əlaqələrə əsaslanan yerli təcrübəmizi təklif edirik.

 

Azərbaycanın ən böyük və aparıcı hüquq şirkətlərindən biri olan BHM Hüquq Şirkətinin (əvvəlki "Bakı Hüquq Mərkəzi") əsası 2001-ci ildə qoyulmuşdur. Fəaliyyətimizdə yeniliklərə köklənərək biz çoxsaylı şirkətlərə və maliyyə qurumlarına onların iri həcmli biznes əməliyyatlarında və xüsusi əhəmiyyətli işlərində yüksək səviyyəli məsləhətlər veririk.

 

Yarandığı ilk gündən etibarən BHM regional səviyyədə daha da böyüyərək yerli bazarda öz nüfuzunu möhkəmləndirmişdir. Biz,kommersiya, vergi, bank işi və maliyyə, informasiya texnologiyaları, telekommunikasiya, reklam işləri, idman-sağlamlıq, tikinti, istehsalat, neft-qaz və energetika istiqamətləri üzrə fəaliyyət göstərən bir sıra yerli və beynəlxalq şirkətləri, habelə bankları təmsil edir və onlara keyfiyyətli hüquqi xidmət göstəririk.

 

Hüquq sahəsində qabaqcıl təcrübəyə və biliklərə yiyələnərək, şirkətimiz Azərbaycanda hüquqi şəxslərin yaradılması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, təsis prosesində müştərilərimizə həyata keçirmək istədikləri sahibkarlıq fəaliyyətinə uyğun təşkilati-hüquqi formanın seçilməsi, dövlət qeydiyyatının aparılması, tələb olunan icazələrin əldə edilməsi, vergi planlaşdırılması, bu sahədə normativlərə riayət olunması, təmsilçilik və əmək qanunvericiliyinə riayət olunmasına dair hüquqi məsləhətlər və sair hüquqi xidmətlər göstərir. Bununla biz müştərilərimizə öz bizneslərini yeni texnoloji çağın reallıqlarına, sosial-iqtisadi və maliyyə mühitinə uyğunlaşdırmaqla əngəlləri aşmaq və hazırki iqtisadi şəraitdə üstünlüklər əldə etmək üçün tam hüquqi dəstək veririk.

 

Ölkə ərazisində fiziki və hüquqi şəxslərə hüquqi xidmətlər göstərməklə yanaşı, biz həmçinin beynəlxalq forumlarda yaxından iştirak edir, MDB və Avropanın bir sıra aparıcı şirkətləri ilə davamlı işgüzar münasibətlərin qurulmasına nail olmuşuq. Xarici tərəfdaşlarımızla əməkdaşlıq edərək şirkətimiz əcnəbi investorlara Azərbaycanda biznes qurmaları və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün tam şəkildə bələdçilik edir və müstəsna bilik və fərdi yanaşmamız ilə onların regionda rahat fəaliyyət göstərə bilmələrini təmin edir.

 

Əvəzsiz hüquq fəaliyyətinə xüsusi diqqət ayırmaqla BHM Azərbaycanda İnsan Hüquqları Bülleteni vasitəsilə Avropa Məhkəməsinin aylıq nəşrinin tərcüməsini həyata keçirərək müvafiq təşkilatlar, dövlət qurumları, qeyri-hökümət təşkilatları, məhkəmələr, kitabxanalar və hüquq sahəsində çalışan digər şəxs və qurumlara paylanılmasını təmin edir.

 

Müsbət nəticələr əldə etmələri üçün biz davamlı olaraq müştərilərimizə biznes yönumlü, innovativ məsləhətlər verir və bunun üçün onların biznes fəaliyyətləri barədə dərin biliklər əldə etməyə çalışırıq. Bu da bizi müştərilərimizin gözündə ən mürəkkəb biznes əməliyyatları zamanı onların biznes risklərini azalda bilən etibarlı məsləhətçisi edir.