Məlum olduğu kimi Almaniyanın Kil Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Əl-Fərabi adına Qazax Milli Univeristeti, Ural Dövlət Hüquq Akademiyası Almaniyanın "Folksvaqen" Elm Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan, Qazaxstan və Rusiya nümunəsində Mərkəzi Asiya və Qafqazda beynəlxalq kommersiya hüququ" başlığı altında üçillik birgə layihə həyata keçirirlər.
Layihə çərçivəsində "Transsərhəd ticarətin qlobal və regional faktor kimi beynəlxalq hüquqi tənzimlənməsi", "Transsərhəd ticari müqavilələrdən yaran mübahisələrin həlli məsələləri" və digər aidiyyəti məsələlərin araşdırılması nəzərdə tutulmuşdur.
Qeyd olunan layihə çərçivəsində "Mərkəzi Asiya və Qafqazda beynəlxalq kommersiya hüququ: ümumi hüquqa dair məsələlər" mövzusu ilə bağlı referatların hazırlanması üzrə müsabiqə elan edilmişdir.
Referatlar aşağıdakı istiqamətlər üzrə hazırlanmalıdır:
- Region dövlətlərinin Ümumdünya Ticarət Təşkilatına qoşulması: hüquqi nəticələr;
- Avrasiya məkanında inteqrativ qurumlar: Avrasiya İqtisadi İttifaqının yaradılması istiqamətində;
- Avrasiya məkanında inteqrativ qurumlar: beynəlxalq ticarətə dair məsələlər;
- Enerji resursları ilə beynəlxalq ticarət;
- Beynəlxalq ticarət və təraf mühitin mühafizəsi.
Referatlara dair texniki şərtlər:
Dil: Rus, Alman və ya İngilis
Həcm: maksimum 20 səhifə
Şrift: TimesNewRoman 12
Sətrlərarası məsafə: 1,5 punkt
Səhifənin kənar həddləri: sağdan 4 sm, soldan 1,5 sm, yuxarıdan 3 sm, aşağıdan 1,5 sm
İqtibaslar: Digər mənbələrdən əldə olunmuş məlumatlar istinadlar şəkildə qeyd olunmalıdır. İnternetə əsasən verilən iqtibaslar aktual olmalıdır.
Referatın titul səhifəsində referatın adı, müəllifin adı və soyadı, doğum tarixi, iş yeri, poçt və e-mail ünvanı, telefon nömrələri qeyd olunmalıdır.
Referatların 17.02.2013 tarixədən keel@law.uni-kiel.de ünvanında göndərilməlidir.
Əlavə məlumat üçün www.uni-kiel.de/keel ünvanına müraciət oluna bilər.
AHİM
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM