Bu il Azərbaycanda dövlət təşkilatlarının balansında olan boş və səmərəsiz istifadə olunan qeyri-yaşayış sahələrində və dövlət torpaqlarından dövlət ehtiyaclarının ödənilməsi məqsədilə istifadə edilməsinə dair razılaşdırılmış təkliflər hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifə və funksiyalarının icrasına dair 2013-cü il üçün fəaliyyət planında deyilir.
"O cümlədən, dövlət təşkilatlarının balansında olan boş və səmərəsiz istifadə edilən qeyri-yaşayış sahələri barədə məlumat bazasının mütəmadi dəqiqləşdirilməsi nəzərdə tutulur", - planda qeyd olunur.
Plan dövlət müəssisələri və obyektlərinin özəlləşdirilməsinə dair yeni sahələrin açılması çərçivəsində araşdırmaları, bu istiqamətdə təkliflərin hazırlanması, müvafiq hüquqi aktları layihələrinin hazırlanmasını nəzərdə tutur.
"Komitənin, həmçinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan müəssisələrin səmərəliliyinin artırılması, onların öz profilinə uyğun istifadəsi, özəlləşdirməyədək əmlak və onların idarə edilməsinin saxlanılması, dövlət müəssisələri (o cümlədən onların törəmə müəssisələri, filialları və nümayəndəlikləri) haqqında məlumat bazasının yenilənməsi planlaşdırılır", - planda deyilir.
Komitə dövlət müəssisələrində korporativ idarəetmənin prinsiplərinin tətbiqi sahəsində araşdırma aparmaq niyyətindədir.
"Plana, həmçinin xaricdə olan dövlət əmlakı haqqında məlumat bazasının mütəmadi yenilənməsi, ölkə regionlarında sosial-iqtisadi inkişaf məqsədilə dövlət, müxtəlif fond və təşkilatların vəsaiti hesabına bu yaxınlarda tikilən obyektlər haqqında məlumatın toplanması və bu reyestrə daxil edilməsi, eləcə də investorlar tərəfindən özəlləşdirilən sosial obyektlərdə müqavilədə göstərilən öhdəlik və şərtlərin icrasının səviyyəsinin yoxlanılması üçün mütəmadi monitorinqlərin keçirilməsi, borcları qanunvericiliyə uyğun silinməli olan özəlləşdirilən dövlət müəssisələrinin dəqiqləşdirilmiş siyahısının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi daxildir", - sənəddə deyilir.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM