BHM Hüquq Şirkəti MMC
en az

Vergilər Nazirliyi nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlayır

08.02.2013

Azərbaycan Vergilər Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq fevralın sonuna kimi qeyri-leqal məşğulluğun aradan qaldırılması və əmək haqlarının rəsmiləşdirilməsi, eləcə də nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflərini Prezident Administrasiyasına təqdim edəcək.

«APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.


Onun sözlərinə görə, bu təkliflərdə işçi ilə işəgötürən arasında bağlanan müqavilənin yeni hesabat formalarının hazırlanması, qeydiyyatın elektronlaşması kimi məsələlər əksini tapacaq. Dövlət başçısının tapşırığı ilə nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflərdə isə inzibati üsullardan daha çox stimullaşdırıcı metodlara üstünlük veriləcək.

 

F.Məmmədov artıq bu təkliflər üzərində işlərin başlandığını və fevralın sonuna kimi Prezident Administrasiyasına təqdim olunacağını bildirib: «Bunun qanun və ya fərman formasında təsdiqlənməsi isə dövlət başçısının səlahiyyətinə aid olan məsələdir».

 

Mənbə: http://az.apa.az/news/287832