BHM Hüquq Şirkəti MMC
en az

Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsinə dair qanun layihəsi hazırlanıb

15.02.2013

“Sahibkarılıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Republikasının Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir.

Bu barədə Gün.Az-a Milli Məclisdən bildiriblər.

Hal-hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur.

Həmin orqanlar tərəfindən aparılan yoxlamaların qaydaları bir çox hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər hallarda özləri tərəfindən müəyyən edilir. Bəzi hallarda isə bü cür qaydalar ümumiyyətlə mövcud deyildir.

Adı çəkilən Qanun layihəsinin əsas məqsədi sahibkarılıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir.

Bu məqsədlə qanun layihəsində nəzərdə tutulub ki, bu qanunun tələblərinə uyğun olmayan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.

Layihə yoxlamaların məqsəd və prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezilentinin fərmanı ilə yaradılmış yoxlamaların vahid məlumat reyestri Azərbaycanda 2011-ci ilin may ayından fəaliyyət göstərsə də qanun səviyyəsində bu reyestrin hüquqi əsasları müəyyən edilməmişdir.

Yeni qanun layihəsi yoxlamaların vahid məlumat reyestri ilə bağlı bir sıra məsələləri tənzimləməklə həmin reyestrin qanuni əsaslarını müəyyən edir.

Yoxlamalar zamanı sahibkarlıq subyektlərinin risk qrupları üzrə bölünməsi nəzərdə tutulur. Müəyyən müddət ərzində qanun pozuntularına yol verməyən sahibkarlar aşağı risk qrupuna keçirilir və bu da yoxlamaların yalnız arabir aparlımasına təsir edir.

Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyən edilməsi və təsdiq edilməsi nəzərdə tululur. Bünun məqsədi icra hakimiyətləri orqanları tərəfindən özləri üçün yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin qarşısının alınmasıdır.

Ümumiyyətlə, gələcək məqsəd yoxlayıcı orqanların sayının kəskin şəkildə aşağı salınmasından ibarətdir. Ümumən qəbul edilmiş dünya praktikasına görə hər bir dövlətdə yoxlamalarla məşğül olan cəmi iki-üç orqan mövcüddur və bu da yoxlamaların iki qrupa bölünməsindən – qida məhsullarının və qeyri-qida məhsullarının yoxlanılması – irəli gəlir.

Hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməsi olan sualların siyahısı dərc edilməlidir. Bu da sahibkarlar tərəfindən onlarla əvvəlcə tanış olmağa şərait yaradacaqdır.

Hər bir yoxlayıcı orqanda qaynar telefon xətti müəyyən ediləcəkdir.

Həmin telefon xətti ilə sahibkarlar onları maraqlandıran suallara cavab ala biləcəklər və həmin cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılacaqdır. Sahibkarın istəyi ilə hamin cavablar ona təqdim ediləcək və sahibkar ona verilən məsləhətlərə uyğun hərəkət edərsə, o məsuliyyətə cəlb edilə bilməz. Belə bir yeni qaydanın vergi yoxlamalarına da şamil edilməsi nəzərdə tutulur.

Sahibkarlar üçün yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmələri imkanları nəzərdə tutulmuşdur. Bunun məqsədi sahibkar tərəfindən gələcək qanun pozuntularından sığortalanmaqdır.

Yoxlayıcı orqanlar tərəfindən bir-birilərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulur.

Qanun layihəsinin böyük bir hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspetizasının tənzimlənməsinə həsr edilb. İndiki praktikadan fərqli olaraq müəyyən edilir ki, bü cür ekspertizalar yalnız müstəqil laboratoriyalarda keiçrilə bilər.

Hazırda məhsul nümunələrinin götürülməsi və təhqiqi ilə bağlı kifaət qədər normativ tənzimlənmənin mövcüd olmadığına görə həm yoxlayıcı orqanlar, həm də sahibkarlar üçün müəyyən çətinliklər mövcüd idi ki, bu da bir çox hallarda sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarırdı.

Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada, sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlanldırlmasına qadağa qoyulur. Ona görə ki, bu cür praktika sahibkarların işgüzar nüfuzuna kifayət qədər ağır zərbə vurur.

Layihədə yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılmışdır ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir.

Layihədə aparılan bütün yoxlamalar üçün hazırkından fərqli olaraq daha qısa müddətlər, iri sahibkar üçün on iş günü, orta və kiçik sahibkarlar üçün isə beş iş günü nəzərdə tutur. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimallaşmasına yönəlmişdir.

 

Mənbə: http://gun.az/economy/64474