BHM Hüquq Şirkəti MMC
en az

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydalar təsdiq edilib

28.03.2013

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı ilə “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydaları təsdiq edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Sözügedən Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlərin fəaliyyətini tənzimləyir və onlar tərəfindən müştərilərin məlumatlandırılmasına, tapşırıqlarının icra edilməsinə, aktivlərinin geri qaytarılmasına, habelə broker və müştəri arasında bağlanılmış müqaviləyə dair tələbləri müəyyən edir.

 

Mənbə: http://www.olaylar.az/news/social/32483