Azərbaycanın müstəqilliyinin ilk illərində kommersiya banklarında batan əmanətlərin qaytarılması istisna olunmur. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komissiyasının üzvü Vahid Əhmədov bildirib.
Millət vəkili qeyd edib ki, müstəqilliyin ilk dövründə - 1992-ci və sonrakı illərdə vətəndaşların banklarda olan əmanətlərinin qaytarılması məsələsinə baxıla bilər:
«Bu, hazırda hökumətin gündəliyində olmasa da, gələcəkdə bu məsələyə baxıla bilər. Artıq bununla bağlı istər Milli Məclisə, istərsə də hökumətə müraciətlər daxil olmaqdadır. Sadəcə olaraq, biz bunun miqdarını, həcmini hələ müəyyənləşdirməmişik».
V.Əhmədov bildirib ki, bu gün Azərbaycanın iqtisadi potensialı vətəndaşların bu əmanətlərini də qaytarmağa imkan verir:
«Bu əmanətlər onsuzda SSRİ dövründə batan əmanətlərdən qat-qat azdır. Həll olunması lazım olan yeganə məsələ bunun həcmini hesablayıb tapmaqdır».
Mənbə: http://az.apa.az/news/291036
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM