BHM Hüquq Şirkəti MMC
en az

Məmurlar nə zaman gəlir bəyannaməsi təqdim edəcək?

11.03.2013

“Məmurların gəlir bəyannaməsinin təqdim etməsi barədə layihənin icarsı Nazirlər Kabinetinin üzərindədir.” Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov bu sənədin taleyi barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti bu barədə olan suallara aydınlıq gətirməlidir. “Elə bilirəm ki, hökümətin Milli Məclisdə hesabatı zamanı bizim Nazirlər Kabinetinə ünvanlayacağımız suallardan biri ola bilər. Hal –hazırda msələnin icrası onlardadır”-deyə komitə sədri vurğulayıb.

Əli Hüseynov qeyd edib ki, bu bəyənnamənin hazırlanması qanunun tələbidir.

Qeyd edək ki, Respublika Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə dövlət komissiyasının katibi Vüsal Hüseynov mətbuat konfransında Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlandığını bildirib. O deyib ki, artıq bu layihə Nazirlər Kabinetinə təqdim edilib. V.Hüseynov sözlərinə görə, bu mexanizmin tam işə düşməsində ləngimə var: “Bunun üçün bəyannamə forması qəbul olunmalıdır. Lakin hələlik bu forma qəbul olunmayıb. Bu səbəbdən bu işin ləngliyi forma ilə bağlı həssas məqamlarla bağlıdır. Həmin məqamlar hansı məlumatların ora salınıb-salınmamasına dairdir”.

 

Mənbə: http://modern.az/articles/35715/1/