BHM Hüquq Şirkəti MMC
en az

Ipoteka kreditlərinin verilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib

04.04.2013

Ali Məhkəmə “Bank-kredit işləri üzrə ipoteka haqqında qanun”un tətbiqi ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirib.

 

Ali Məhkəmədən lawreform.az saytına verilən məlumata görə, məhkəmə təcrübəsinin ümumiləşdirməsi 2011-ci ildə respublikanın birinci instansiya və apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə qərarlarını əhatə edib.

 

Ötən ildən başlanmış ümumiləşdirmə ərzində birinci instansiya məhkəmələrində baxılmış 1328 iş öyrənilib, həmin işlərlə bağlı birinci, apellyasiya və kassasiya instansiyalarındakı məhkəmə təcrübəsində qeydə alınan pozuntular müəyyən edilib.

 

Ümumiləşdirmənin nəticəsi olaraq Ali Məhkəmənin Plenumunun qərar layihəsi hazırlanıb. Qərar layihəsi öyrənilmək üzün respublikanın məhkəmələrinə göndərilib.

 

Ali Məhkəmədən bildirilib ki, ümumiləşdirmənin nəticələrinin və qərar layihəsinin Plenumun bu ilin birinci yarısında keçiriləcək iclasında müzakirəsi gözlənilir.