BHM Hüquq Şirkəti MMC
en az

Ipoteka kreditləşməsi mexanizminin sadələşdirilməsi ilə bağlı strategiya hökumətə təqdim olunacaq

11.05.2013

Yaxın vaxtlarda Azərbaycanda dövlət ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Ölkədə ipoteka mexanizminin sadələşdirilməsi istiqamətində aparılan işləri şərh edən AMB başçısı bildirib ki, artıq bu istiqamətdə müvafiq strategiya hazırlanıb və yaxın zamanlarda sənəd hökumətə təqdim olunacaq.

«Strategiyanın başlıca istiqamətləri ipotekanın genişləndirilməsi, əhali üçün daha da münasib olması, sosial ipoteka ilə bağlı şərtlərə yenidən baxılması, ipotekanın mövcud bazar şəraitinə uyğunlaşdırılması, tikinti-əmanət banklarının yaradılması, əhalinin ona çıxış imkanlarının genişləndirilməsi və s. məsələlərdən ibarətdir», - deyə E.Rüstəmov vurğulayıb.

 

Mənbə: http://az.apa.az/news/298352