BHM Hüquq Şirkəti MMC
en az

Sahibkarlıq sahəsinə aparılan yoxlamaları məhdudlaşdıracaq qanun layihəsi müzakirə olunacaq

13.05.2013

 

Sahibkarların dövlət qurumları tərəfindən yoxlanılmasını məhdudlaşdıracaq qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”qanun layihəsi sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.

 

Qanun layihəsi parlamentin mayın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qanun layihəsi ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

 

http://meclis.gov.az/?/az/law/492/1