Ali Məhkəmənin Plenum iclasında bank-kredit işləri üzrə "İpoteka haqqında" qanunun tətbiqi ilə bağlı məhkəmə təcrübəsi müzakirə olunacaq.
Ali Məhkəmədən bhm.az saytına verilən məlumata görə, Plenumun iyunun 24-də keçiriləcək iclasında bu məsələ ilə bağlı aparılmış ümumiləşdirmənin nəticələri və qərar layihəsi müzakirəyə çıxarılacaq.
Məhkəmə təcrübəsinin ümumiləşdirməsi 2011-ci ildə respublikanın birinci instansiya və Apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə qərarlarını əhatə edib. Ötən ildən başlanmış ümumiləşdirmə ərzində birinci instansiya məhkəmələrində baxılmış 1328 iş öyrənilib, həmin işlərlə bağlı birinci, apellyasiya və kassasiya instansiyalarındakı məhkəmə təcrübəsində qeydə alınan pozuntular müəyyən edilib.
Ümumiləşdirmənin nəticəsi olaraq Ali Məhkəmənin Plenumunun qərar layihəsi hazırlanıb. Qərar layihəsi öyrənilmək üzün respublikanın məhkəmələrinə göndərilib.
Plenumun iclasında bankların, məhkəmələrin, Ədliyyə Nazirliyinin nümayəndələrinin də iştirak nəzərdə tutulur.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM