BHM Hüquq Şirkəti MMC
en az

Rusiyada iqtisadi cinayətlərə görə həbs olunanlara amnistiya elan edilib

03.07.2013

Rusiya Dövlət Duması iqtisadi cinayətlərə görə məhkum olunan şəxslərə amnistiya elan edib.  APA-nın məlumatına görə, müzakirəyə çıxarılan qanun layihəsi yekdilliklə qəbul olunub.

 

Amnistiya aktı nəticəsində həbsdə olan 13 mindən çox biznesmenin təxminən yarısı azadlığa buraxılacaq. Onların üzərindən məhkumluk götürüləcək və iş adamları yenidən sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Bir müddət əvvəl Peterburq iqtisadi forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, iqtisadi amnistiya vətəndaşların biznes sektoruna inamını artıracaq.

Qanuna əsasən, amnistiya aktı iqtisadi cinayətlərə görə ilk dəfə məhkum olunmuş sahibkarlara şamil olunur.

YUKOS prezidenti Mixail Xodorkovski amnistiyaya düşməyəcək, çünki o, iqtisadi cinayətlərə görə iki dəfə məhkum edilib.

 

Mənbə: http://az.apa.az/news/304923