Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunda istehlak kreditlərinin artımı ilə əlaqədar risklərin azaldılması üçün ehtiyac olduğu təqdirdə yeni alətlər tətbiq edə bilər. Bu barədə AMB-dən Trend-ə bildirilib.
Hazırda bankların istehlak və ekspres kreditlər portfelində artım müşahidə edilir. Mərkəzi Bank hesab edir ki, sektorda risklər məqbul zonadadır. Bununla bərabər situasiya izlənir və eyni zamanda Mərkəzi Bank istehlakçı hüquqlarının qorunmasını da diqqətdə saxlayır.
2013-cü ilin əvvəlində Mərkəzi Bank tərəfindən faktiki illik faiz dərəcəsinin (FİFD) tətbiqi üzrə tələb müəyyən edilib. FİFD-nin məqsədi banklarda kreditlərin verilməsi zamanı borcalanlara tətbiq olunan əlavə xərclərin məcmu şəkildə vahid indikator ilə ifadə olunub. FİFD-nin tətbiqi müştərilərin öz maliyyə yükünü daha dəqiq anlamasına və nəticədə həddən artıq risk götürülməsinin qarşısının alınmasına imkan yaradacaqdır. Banklar tərəfindən səyyar məntəqələrdə bank xidmətlərinin göstərilməsi qadağan edilmişdir ki, bu, borcalanlara daha keyfiyyətli xidmət göstərməyə yönəldilib.
Mərkəzi Bank situasiyadan asılı olaraq digər alətlərin tətbiqinə də başlaya bilər. Bu alətlər sırasına aktivlərin risk dərəcəsinin ölçülməsinə konservativ yanaşma, maliyyə ehtiyatlanmasının artırılması və digər metodlar daxildir.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2025 Powered by BHM