Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” qanunun 20.1.7-ci maddəsinin şərhi ilə bağlı qərar verəcək.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə, bu məsələ ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi müraciət edib.
Məhkəmə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının stajlarının dövlət qulluğuna aid olub-olmaması məsələsinə aydınlıq gətirilməsini istəyib.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 20.1.7-ci maddəsində qeyd olunur ki, qulluq stajına görə əmək pensiyasına əlavələr bu əmək pensiyaçılarına təyin edilir:
“Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).
Müraciətə Konstitusiya Məhkəməsi Plenumunun 10 sentyabr iclasında baxılacaq.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM