BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda 4 qanunun tətbiqi dayandırılıb

23.09.2013

Azərbaycanda sentyabrın əvvəlindən etibarən 4 qanunun tətbiqi dayandırılıb, qanunlar tamamilə ləğv edilib.

 


Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, avqustun əvvəlində yeni qəbul olunmuş Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlıdır.

 

Ləğv olunan qanunlar “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “Əmək miqrasiyası haqqında” və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanunlardır. Ləğv olunan qanunlarda nəzərdə tutulmuş müddəalar artıq yenilənmiş formada Miqrasiya Məcəlləsində əks olunur.

Mənbə:  az.apa.az/news/314722