BHM Hüquq Şirkəti MMC
en az

Sığorta ödənişinin təyin edilməsi qaydaları dəyişdi

03.10.2013

Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nda dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər sığorta ödənişinin təyin edilməsi üçün sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin, eyni zamanda sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri tələb olunub.

Bundan sonra isə ölüm haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş deyil, adi sürətləri tələb olunacaq.

 


Mənbə: news.lent.az/news/140807