Bundan sonra Azərbaycanda qeydə alınmayan qrantlar üzrə bank və hər hansı digər əməliyyatlar aparılmayacaq.
Trend xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi müzakirə olunub.
Qanunun Preambula hissəsinə edilən dəyişikliyə görə, artıq bu qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən subqrantların, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımlarım) verilməsi, alınması və istifadə ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyəcək.
Əvvəllər subqrantlar, qranta əlavə, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımlar məsələləsi tənzimlənmirdi.
Digər dəyişikliyə görə, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün donorlar tərəfindən təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldığı qrantlar haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün həmin resipiyentlər tərəfindən təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim edilir.
Qanuna edilən əlavəyə görə, bu maddədə qrant müqaviləsinin (qərarlarının) qeydiyyatl ilə bağlı göstərilmiş tələblər qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.
Qanuna edilən əsasə dəyişikliklərdən biri isə budur ki, Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir.
Komitənin sədr müavini Çingiz Əsədullayevin sözlərinə görə, bu dəyişikliklər qrant sahəsində şəffaflığın təmin edilməsinə yönəlib.
Komitə sədri Ziyad Səmədzadə isə qeyd edib ki, bu, ölkənin milli maraqlarına cavab verən qanundur. Millət vəkilləri dəyişikliklərin Milli Məclisin Plenar iclasının müzakirəsinə çıxarılmasına razılıq veriblər.
Qeyd edək ki, dəyişikliklər haqqında qanun layihəsi Milli Məclisə Prezident Adminstrasiyası tərəfindən təqdim edilib.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM