BHM Hüquq Şirkəti MMC
en az

Əmək müqaviləsinin məzmununda dəyişikliklər ediləcək

24.12.2013

Azərbaycanın Əmək Məcəlləsinə bir sıra sahələr üzrə xeyli yeniliklər edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məqsədlə məcəllənin 3-cü, 7-ci, 9-cu, 12-ci, 43-cü, 49-cu maddələrində, o cümlədən məcəllədəki 1-ci əlavədə (əmək müqaviləsinin nümunəvi formasında) ciddi əlavə və dəyişikliklər edilir. 

 

Əlavə və dəyişiklərdən 3-cü maddəyə edilən əlavəyə görə, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın elektron informasiya sistemində işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd kimi tanınacaq. 

 

43-cü maddəyə edilən əlavəyə görə, əmək müqaviləsində göstərilməsi məcburi sayılan əsas şərtlər və məlumatlar sırasına daha iki yeni məlumatın əlavə olunması da tələb olunur: 

- işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi;

- işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. 

 

Əmək müqaviləsinin nümunəvi formasında isə informasiyalar sırasına işçinin vəzifəsinin adı ilə yanaşı adı, atasının adı və soyadı, sığorta edənin uçot nömrəsi, VÖEN və bir sıra məlumatlar əlavə edilir. 

 

Məcəllənin qeyd olunan maddələrinin daha bir sıra əlavə və dəyişikliklər edilir. Bunlar əsasən əmək müqaviləsi, işə götürən və işçinin hüquqları, təsnifatları ilə bağlıdır. Layihə Milli Məclisin dekabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılacaq.

 

Mənbə: http://az.apa.az/news/325877