BHM Hüquq Şirkəti MMC
en az

Gəncə “Asan Xidmət” mərkəzində hüquqi mövzuda təlim keçirilmişdir

09.09.2014

Gəncə “Asan Xidmət” mərkəzində Könüllülər üçün Ailə-Nikah münasibətləri mövzusunda 2 gün ərzində hüquqi təlim keçirilmişdir. Təlimdə Gəncə “Asan Xidmət” mərkəzinin 25 nəfər könüllüsü iştirak etmişdir.

 

Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası Babək Həmidovun təlimçi kimi iştirak etdiyi 2 günlük təlimdə könüllülərə Nikahın bağlanması qaydaları, Ər-Arvadın hüquq və vəzifələri, Uşaqların ailədəki hüquqları, Aliment öhdəlikləri, Nikahın pozulması qaydaları, nikah pozularkən ər-arvadın hüquq və vəzifələri, birgə mülkiyyət haqqında ətraflı məlumat verilmişdir.

 

Təlim zamanı könüllülərin həm təlim mövzusuna aid, həm də digər hüquq münasibətlərinə aid sualları cavablandırılmışdır.

 

Təlimçi Babək Həmidovun dediyinə görə təlim könüllülər tərəfindən yüksək qiymətləndirilmiş, digər hüquqi mövzularda da təlimlərin keçirilməsinə dair təkliflər verilmişdir.

 

Qeyd edək ki, gələcəkdə könüllülər üçün digər hüquqi mövzularda da təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.