Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, Hakimlərin Seçki Komitəsinin və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov Hakimlərin Seçki Komitəsində göstərdiyi səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Bununla bağlı A.Bağırov sevincini belə ifadə edib: “Heç vaxt dövlət qulluğunda çalışmamışam, müstəqil peşə sahibiyəm, vəkiləm. Artıq ikinci müddətdir ki, Hakimlərin Seçki Komitəsinin üzvüyəm, gözləmədiyim halda Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ali medalı ilə təltif olunduğuma görə hədsiz dərəcədə xoşbəxtəm, bu mənim fəaliyyətimə verilən çox yüksək qiymətdir, bütün vəkillərin ödülüdür.”
Tanınmış vəkil onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezidentə təşəkkür edib və hər kəsi ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına dəstək verməyə və onun bir hissəsi olmağa çağırıb.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM