BHM Hüquq Şirkəti MMC
en az

Bakı Hüquq Mərkəzi könüllülük fəaliyyətinə dəstək verir

16.10.2017

ASAN Könüllüləri və Bakı Hüquq Mərkəzi, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində “Ünsiyyətdə bədən dili” təlimi zamanı Bakı 2017 Könüllüləri ilə görüşüb.

 

               

 

Təlimin əsas məqsədi könüllülərin ünsiyyət bacarığının inkişafına və ünsiyyət zamanı bədən dilinin istifadəsi ilə bağlı yeni bilik və bacarıqların öyrənilməsinə töhfə verməkdir. Təlimin birinci hissəsində beynəlxalq səviyyəli peşəkar təlimçi və BP şirkətinin şöbə rəhbəri Rəşad Bayramov öz təcrübəsini könüllülərlə bölüşmüşdür. Təlimin ikinci hissəsində isə Azərbaycanın əməkdar artisti Cabir İmanov könüllülərlə həmsöhbət olmuş və onların suallarını cavablandırmışdır.

Tədbir çərçivəsində Bakı Hüquq Mərkəzinin nümayəndəsi Fərhad Nəcəfov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışaraq, Bakı 2017 könüllülərinə faəliyyətlərində uğurlar arzuladılar.

Tədbirin keçirilməsində məqsəd könüllülərə bu fəaliyyətin önəmini anlatmaq və Bakı 2017 könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində ASAN könüllülərinin və tərəfdaş şirkətlərinin dəstəyini nümayiş etdirməkdir.

Qeyd edək ki, “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində tədbirdə iştirak edən ilk 300 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı Bakı Hüquq Mərkəzi tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hədiyyə olunmuşdur.

 

 

© asan