Baku Law Centre LLC
en az

“Qida Təhlükəsizliyi haqqında” qanun və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üzrə dövlət proqramı” layihələrinin ictimai müzakirəsində BHM-in iştirakı

26.12.2018

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli, 1235 nömrəli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanından irəli gələrək “Qida Təhlükəsizliyi haqqında” qanun və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üzrə dövlət proqramı” layihələrinin hazırlanması başa çatıb.

Beynəlxalq ekspertlərlə birgə hazırlanan qida təhlükəsizliyi haqqında qanun və dövlət proqramı layihəsində qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin sağlam qida ilə təmin edilməsi, sahibkarların məhsul ixracının asanlaşdırılması, qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması əksini tapıb.

Hər iki sənəd layihəsi aidiyyəti dövlət orqanlarına göndərilib, rəy və təkliflər nəzərə alınaraq təkmilləşdirilib. 
Qida təhlükəsizliyi haqqında qanun və dövlət proqramı layihəsinin aidiyyəti qurumlar ilə razılaşdırılmış redaksiyası sahibkarların mövqeyinin dinlənilməsi, sahibkar-dövlət dialoqunun genişləndirilməsi, sahibkarları narahat edən məsələlərin həll edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən ictimai müzakirəsi keçirilib.

Müzakirələr zamanı AQTA sədrinin müşaviri Elxan Mikayılov beynəlxalq təcrübəyə uyğun hazırlanan qanun və dövlət proqramı layihələrinin təqdimatını həyata keçirib.

Daha sonra iştirakçıların rəy və təklifləri dinlənilib.