BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycan bu ilin sonunadək iqtisadi qanunvericiliyin Avropa Komissiyasının direktivləri ilə uyğunlaşdırılması üzrə qərarlar hazırlayacaq.

02.10.2012

Aİ ilə assosiasiya sazişi üzrə danışıqlar çərçivəsində Azərbaycan milli qanunvericiliyin Avropa Komissiyası ilə uyğunlaşdırılması prosesindədir. Azərbaycan, İqtisadi İnkişaf Nazirliyinin Xarici İnvestisiyaların Koordinasiyası və Yardım Departamentinin rəhbəri Sahil Babayev bildirib ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın iqtisadi qanunvericiliyinin Avropa Komissiyasının direktivləri ilə uyğunlaşdırılması üçün qanun və sair normativ hüquqi aktların layihələri hazırlanacaq. Onlar təsdiq olunduqdan sonra uyğunlaşma prosesi başa çatacaq. O, həmçinin Aİ-Azərbaycan Assosiasiya Sazişindəki iqtisadi müddəaların uyğunlaşdırılmasının tamamlanmaq üzrə olduğunu qeyd edib: "Müqavilənin iqtisadiyyatla bağlı hissəsinin 14 müddəası üzrə danışıqlar başa çatıb və 8 müddəa üzrə danışıqlar gedir. Ticarət hissəsi üzrə 3 müddəa artıq razılaşdırılıb və 4 müddəa üzrə danışıqlar davam edir".