Azərbaycanda aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməyən şəxslər cərimələnəcəklər. Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulub. Məcəlləyə aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması adlı 130-2-ci maddə əlavə olunur.
Layihədə qeyd olunur ki, aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 500, hüquqi şəxslər 1000 manat miqdarında cərimə ediləcəklər. Həmçinin aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə vəzifəli şəxslərin 500, hüquqi şəxslərin 1000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3 min manat miqdarında, aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manat miqdarında cərimə olunacaqlar. Həmçinin hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə vəzifəli şəxslərin 1000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM