BHM Hüquq Şirkəti MMC
en az

Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan arasında 8 iş üzrə kommunikasiya aparılıb

07.12.2012

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, kommunikasiya olunan işlər Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı protokolun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozuntusu ilə bağlıdır. Mülkiyyət hüququnun pozuntusu ilə bağlı olan işlər isə məcburi köçkünlər tərəfindən vətəndaşların mənzillərinin zəbt olunması ilə bağlıdır.

Əsgərov bildirib ki, bu il AİHM tərəfindən Azərbaycandan göndərilən şikayətlər üzrə 15 qərar qəbul olunub. Onlardan 9-da Konvensiyanın müddəasının pozuntusu aşkar edilib və hökumət cərimələnib. Digər işlər üzrə rədd edilmə və ya şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edilib.

Səlahiyyətli nümayəndə bildirib ki, indiyədək Azərbaycanla bağlı AİHM tərəfindən 100-dən artıq qərar çıxarılıb. Onların 60 faizində Konvensiya ilə qorunan hüquqların pozuntusu müəyyən olunub.