Azərbaycanda sadələşdirilmiş vergiyə cəlb olunan sahibkarlıq subyektlərinin əhatə dairəsi dəyişəcək. Bu, Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyə ilə bağlı hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulan fərqlər aradan qaldırılacaq. Belə ki, indiyədək illik dövriyyəsi 150 min manat olan hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat olan fiziki şəxslər sadələşdirilmiş vergiyə cəlb olunurdu. Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərdə isə bu məbləğ hüquqi şəxslər və fiziki şəxslər üçün eyni həddə – 120 min manat nəzərdə tutulub.
Qeyd edək ki, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhəri üzrə 4%, bölgələrdə isə 2% təşkil edir.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM