BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda investisiya kağızlarının emitentlərinin illik hesabatlarının açıqlanması qayadaları təsdiqlənib

26.12.2012

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatların hazırlanması və açıqlanması Qaydaları" təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu barədə QKDK-nın yaydığı məlumatda deyilir.

 

Yenilənmiş qaydalar ilə emitentlərin xüsusiyyətlərindən asılı olaraq maliyyə hesabatlarlarının təqdim edilməsi, həmçinin qiymətli kağızların yerləşdirilməsi üsulundan asılı olaraq emitentlərin illik hesabatlarına daxil olan səhmdarlar barədə məlumatların açıqlanması prosedurları müəyyən edilib.