BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycan fond bazarında insayder məlumatı və manipulyasiyanın qarşısını almaq üçün qaydalar təsdiq edilmişdir

28.12.2012

Qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması üzrə qaydalar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının 19 saylı əmri ilə təsdiq edilmişdir.

 

Qaydalar özü-özlüyündə Azərbaycan Mərkəzi Bankının və digər dövlət orqanlarının pul, dövlət borcu və valyuta siyasəti tənzimlənməsinə təsir etmir. Qaydalar insayder məlumatı və manipulyasiyadan istifadə etməklə qiymətli kağızlar bazarında sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Həmçinin potensial insayderlərin siyahısı müəyyən edilmişdir: emitentin direktorlar / müşahidə şurasının və ya idarə heyətinin üzvləri, emitentə nəzarət edən şəxs, xidməti informasiyaya, emitentin əqdləri barədə informasiyaya və ya insayd üçün istifadə oluna biləcək digər informasiyaya malik olan şəxslər emitentin kapitalında ən azı 10% paya malik olan şəxslər, son yarım ildə yuxarıda göstərilən vəzifələri tutmuş şəxslər.

 

Qaydalara əsasən fond birjası emitent tərəfindən təqdim edilən məlumatı yaymaq səlahiyyəti olan yeganə orqan olur. Həmçinin emitentin insayder siyahısı tərtib olunur və ən azı 5 il saxlanılır.