BHM Hüquq Şirkəti MMC
en az

Avropa Insan Hüquqları Məhkəməsinin Rusiya ilə bağlı 5 mühüm qərarı

11.01.2013

Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyaya qarşı 124 qərar qəbul edib.

Bu, Rusiyanın İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına qoşulduqdan sonra son illər üzrə ən yüksək göstəricidir. Avropa Məhkəməsi Rusiyaya qarşı göndərilmiş şikayətlərdən yalnız 11-ni təmin etməyib. Bu da bütün şikayətlərin 9 faizini təşkil edir.Ötən illər ərzində dövlət tərəfindən il ərzində udulan işlərin göstəricisi 4 faiz olub.

Ötən il Rusiya ilə bağlı qəbul edilmiş qərarlardan ən tanınmış 5 iş üzrə qərar oxucuların diqqətinə təqdim olunur.


Kotov Rusiyaya qarşı

Vladimir Kotov 1994-cü ildə "Yurak" kommersiya bankına illik 200%-lik qazanc götürəcəyi şərti ilə əmanət yerləşdirir. Sonradan Kotov illik faizin bank tərəfindən aşağı salınması səbəbi ilə qoyduğu əmanəti geri götürmək qərarına gəlir, lakin banka qarşı iflas proseduru başlanıldığından bank əmanətin qaytarılmasıdan imtina edib. Yerli məhkəmə tərəfindən Kotova pulunun geri alınmasında üstünlüyü olması barədə qərar çıxarılmasına baxmayaraq, aktivlərin satışından əldə olunan gəlirlər banka təyin olunan müvəqqəti inzibatçı tərəfindən "üstünlük hüququna sahib şəxslər" arasında bölüşdürülüb. Belə olan zaman Kotov bankın müvəqqəti inzibatçısını məhkəməyə verir və məhkəmə zərərin ödənilməsi haqqında Kotovun xeyrinə qərar çıxarır.

Avropa Məhkəməsinin Böyük Palatası belə vəziyyətin düzgün olmadığını deyir. Belə ki, iki müxtəlif məhkəmə qərarı Kotova eyni məbləğdə təzminatın ödənilməsi barədə qərar çıxarıb. Məhkəmə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozuntusunun olmaması barədə qərar çıxarır.

Məhkəmənin Böyük Palatası ilk dəfə olaraq alt palataların qərarını Rusiya dövlətinin xeyrinə dəyişir. Həmçinin Məhkəmənin qərarına görə 90-cı illərin qanunvericiliyinə əsasən müvəqqəti inzibatçı dövlət işçisi hesab olunmurdu.


Yanovets və digərləri Rusiyaya qarşı

1940-cı ildə Daxili İşlər Xalq Kommisarlığının (NKVD-nin) əməkdaşları Katın meşəsində bir neçə min polşalı zabiti, hakim və müəllimləri güllə-baran ediblər. SSRİ-nin süqutunadək bu hadisə nasist Almaniyasının cinayəti hesab olunurdu, lakin 1990-cı ildə başlanılan araşdırma bu əməlin Stalin rejiminə aid olduğunu müəyyənləşdirib. Beləliklə, işin materiallarının böyük hissəsinin sirr kimi saxlanılması səbəbindən "Katın" faciəsinin qurbanlarının qohumları yaxınlarının hansı şəraitdə öldüklərindən və harada basdırıldıqlarından xəbərsiz olublar.

Şikayətlə müraciət etmiş polyaklara münasibətdə Avropa Məhkəməsi, Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusunu müəyyən edib və bununla da ərizəçilərin nəzərlərini işin istintaqından yayındırmağa çalışıb. Əslində, Avropa Məhkəməsi o dövrdə bu cinayətin istintaqının düzgünlüyü haqqında mülahizə irəli sürməyin tərəfdarı deyil, çünki məlum istintaq Konvensiyanın Rusiya tərəfindən ratifikasiyasından əvvəl aparılıb.

Bununla Məhkəmə mühüm presedent yaradıb. Belə ki, Məhkəmə güllələnmiş polyakların yaşamaq hüququnun (Maddə 2) pozulmasının araşdırılmasından imtina edib, çünki Katın hadisələri həm Konvensiyanın yazılmasından, həm də, Avropa Məhkəməsinin təsis olunmasından əvvəl baş verib. Polşa tərəfi qərara işə baxan yeddi hakim tərəfindən xüsusi rəy bildirilməsi ilə əlaqədar məsələni mübahisələndirir. Buna görə də "Katın işi" Böyük Palata tərəfindən təkrarən baxılacaqdır.
 

Rusiya Kommunist Partiyası Rusiyaya qarşı

Rusya Kommunist Partiyası, "Yabloko" və Rusiyanın bir sıra digər ictimai xadimləri 2003-cü il Dövlət Dumasına seçkilərin nəticələrinin qanuniliyini mübahisələndirib. Şikayətçilərin iddiasına əsasən, seçkiqabağı kampaniyanın mətbuatda işıqlandırılması "Vahid Rusiya" partiyasının xeyrinə (efir vaxtının daha çox bu partiyaya sərf olunması ilə) keçirilib. Bundan əlavə, şikayətin müəllifləri hakimiyyət nümayəndələri tərəfindən bəzi jurnalistlərə qarşı təzyiqlərin göstərilməsini qeyd ediblər.

Strasburq məhkəməsi Konvensiyanın 1 nömrəli Protokolunun 3-cü maddəsinin (seçki hüququnun) pozulmadığı qənaətinə gəlib. Eyni zamanda Avropa Məhkəməsi, Rusiyanın Ali Məhkəməsi tərəfindən Konvensiyanın 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitəsi hüququnun) pozulmadığı qənaətinə gəlib və müxlifətçilərin şikayətini təmin etməyib.

Məhkəməyə görə, jurnalistlərin "Vahid Rusiya"ya simpatiyasının söz azadlığı prinsipinə zidd deyildir və seçkilərin nəticələri ilə efir vaxtı arasında əlaqə yoxdur. Bundan başqa, Avropa Məhkəməsi artıq mövcud olan presedentə istinad edərək Ali Məhkəmənin seçkilərin nəticələrinin ləğvi ilə bağlı avtoritetini etiraf edib.


Piçuqin Rusiyaya qarşı

"YUKOS" neft şirkətinin İqtisadi təhlükəsizlik xidmətinin rəhbəri Aleksey Piçuqin 2007-ci ildə sifarişli qətllərin və sui-qəsdin təşkili ittihamı ilə ömürlük azadlıqdan məhrum edilmişdir. Bunlardan başqa, keçmiş FTX əməkdaşı Piçuqin məhkəmə tərəfindən Neftyuqans şəhərinin meri Vldaimir Petuxovun, biznesmen Sergey Qorun və onun həyat yoldaşının, habelə "Feniks" firmasının direktoru Valentina Koneyevanın ölümündə təqsirli bilinmişdir.

Avropa Məhkəməsi, Rusiyanın Konvensiyanın 5 və 6-cı maddələrinin (azadlıq və ədalətli mühakimə hüquqlarının) pozulduğunu müəyyən edib. Xüsusilə, Piçuqin barəsində istintaqın uzadılması və həmin dövrdə onun saxlanma şəraitinin düzgün olmaması, həmçinin məhkəmənin iclaslarının qapalı keçirilməsi Avropa Məhkəməsi tərəfindən əsassız hesab edilib.

Yerli məhkəmə tərəfindən şikayətlərə baxılması müddətnin uzadılması o qədər də əhəmiyyətli hesab olunmasa da, lakin Avropa Məhkəməsi şəxsə qarşı ədalətsizliyin olduğunu etiraf edib. Avropa Məhkəməsi qeyd edir ki, Piçuqin və onun müdafiəçilərinə prokurorun ittihamını təkzib etmək üçünü şərait yaradılmayıb və bu, "məhkəmə çəkişməsi" prinsipinə riayət edilməsi məsələsini sual altına qoyub. Nəzəriyyəyə görə, Strasburq məhkəməsinin qərarları yeni açılmış hal kimi hesab oluna və yerli məhkəmə tərəfindən yenidən baxıla bilər.
 

Katan və digərləri Rusiyaya qarşı

1990-cı ildə Moldoviyanın ərazisində yaradılan və tanınmamış Pridnestroviya Respublikası 1992-1994-cü illərdə dövlət dil siyasəti prinsiplərini qəbul edib.

Bu prinsiplərə görə, məktəblərdə latın qrafikasından istifadə qadağan olunub. Bu prinsiplərin pozulması inzibati tədbirin tətbiqi ilə nəticələnirdi ki, bu da öz növbəsində məktəblərdən şagird və müəllimlərin kütləvi qovulmasına səbəb olub.

Avropa Məhkəməsi, Konvensiyanın təhsil hüququna təminat verən maddəsinin pozulduğunu hesab edir. Lakin burada təqsirkar Moldova dövləti deyil, Rusiya dövləti hesab olunur. Çünki məhz Rusiya tanınmamış Pridnestroviya Respublikasına iqtisadi, siyasi və hərbi dəstək verir.

İlk dəfədir ki, Rusiya başqa dövlətin vətəndaşlarına və onun ərazisindəki hadisəyə görə təqsirli hesab olunub. Böyük Palata tərəfindən müəyyən olunan bu presedent gələcəkdə Abxaziya və Cənubi Osetiyaya münasibətdə tətbiq oluna bilər.


Mənbə: http://pravo.ru/story/view/81306/