BHM Hüquq Şirkəti MMC
en az

BHM Bakı Hüquq Mərkəzi, Dünya Bankı tərəfindən mükafatlandırılmışdır

11.01.2013

Məlum olduğu kimi son onillikdə Azərbaycan dinamik iqtisadi inkişaf tempinə görə dünya ölkələri arasında aparıcı mövqelərdən birini paylaşmaqdadır. Qeyd olunan uğura ölkəmizin həm iqtisadi potensialı, həm də ki, düzgün müəyyən olunmuş iqtisadi siyasəti şərait yaratmaqdadır. Bu sahənin inkişaf tendensiyasının ictimailəşməsində isə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlar xüsusi əhəmiyyətə malikdir ki, bunlar arasında ən nüfuzlusu qismində Dünya Bankı tərəfindən artıq bir neçə ildir ki, dövri olaraq hazırlanan "Doing Business" hesabatıdır. Qeyd olunan hesabatda dünya ölkələrinin iqtisadi inkişaf dinamikalarına uyğun olaraq orada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait, biznesin təşkilində şəffaflığın təmin edilməsi üzrə sorğuların nəticələrinə uyğun olaraq ölkələrin reytinq cədvəli müəyyən olunur. 185 ölkəni əhatə edən bu hesabatda ölkəmiz İtaliya, Türkiyə, Yunanstan, Ukrayna, Brazilya, Rusiya və s. ölkələri qabaqlayaraq 67 sırada qərarlaşmışdır.

 

Qeyd olunan hesabatın hazırlanmasına müxtəlif ölkələrin nüfuzlu şirkətləri cəlb olunurlar ki, onlar arasında BHM Bakı Hüquq Mərkəzi də yer almaqdadır.

 

Məsələ ilə bağlı BHM Bakı Hüquq Mərkəzinin direktoru, vəkil Anar Bağırov bildirib ki, hesabatın hazırlanması ilə bağlı Dünya Bankının işinə dəstək verən şirkətlərdən biri kimi BHM Bakı Hüquq Mərkəzinin rəhbərliyi və layihəyə cəlb olunmuş əməkdaşları Dünya Bankı tərəfindən "Fəxri fərman"larla təltif olunmuşlar.

 

 "Gələcəkdə də BHM Bakı Hüquq Mərkəzi analoji fəaliyyətə dəstək verəcəkdir" deyə o bildirib.

 

Hesabat aşağıdakı ünvandan yüklənə bilər:

 

http://www.doingbusiness.org/~/media/GIAWB/Doing%20Business/Documents/Annual-Reports/English/DB13-full-report.pdf