BHM Hüquq Şirkəti MMC
en az

Ali Məhkəmə yol-nəqliyyat hadisələri ilə bağli məhkəmə təcrübəsini ümumiləşdirir

14.01.2013

Azərbaycan Ali Məhkəməsi yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsinin ümumiləşdirməsinə başlayıb.

 

Ali Məhkəmədən www.lawreform.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı iləAli Məhkəməyə bu sahədə məhkəmə təcrübəsinin ümumiləşdirməsi və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılması tapşırılıb.

 

Ümumləşdirmə birinci instansiya məhkəmələri tərəfindən ötən il ərzində yol-nəqliyyat hadisələrinə dair işlərlə bağlı qəbul edilmiş qərarları əhatə edəcək.

 

Ümumiləşdirmənin bu ilin mayına qədər yekunlaşdırılıb Ali Məhkəmənin Plenumunun iclasına çıxarılması nəzərdə tutulub.