BHM Hüquq Şirkəti MMC
en az

Şəki Apellyasiya Məhkəməsi aidiyyətlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

15.01.2013

Şəki Apellyasiya Məhkəməsi aidiyyatla bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət edib.

 

Konstitusiya Məhkəməsindən lawreform.az-a verilən məlumata görə, Mülki-Prosessual Məcəllənin 30-cu maddəsi ilə İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsi arasında ziddiyyət yarandığından, Şəki Apellyasiya Məhkəməsi müraciətdə Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin şərh olunması xahiş edir.

 

Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin tələbinə görə, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.

 

İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinin tələbinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.

 

Müraciət icraata götürülüb. Müraciətə yanvarın 16-da KM-nin Plenumunun iclasında baxılacaq.