18 Noyabr tarixində Bakıda beynəlxalq hüquq şirkəti Hogan Lovells və Azərbaycanın ən böyük hüquq şirkətlərindən biri olan BHM Hüquq Şirkətinin təşkilatçılığı, Beynəlxalq Ticarət Palatasının və Rusiya və MDB Arbitraj Şəbəkəsinin dəstəyi ilə "Azərbaycanda və regionda arbitraj və mediasiya" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda beynəlxalq ekspertlər, hüquq şirkətlərinin əməkdaşları, korporativ hüquqşünaslar və vəkillər iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan BHM Hüquq Şirkətinin Direktoru Mehman Sultanov və Hogan Lovells şirkətinin partnyoru David Dunn qonaqları salamlayaraq hal-hazırda mübahisələrin alternativ həlli mexanizmlərinin inkişaf etdirilməsinin aktuallığı və əhəmiyyətini qeyd etmişdir.
Daha sonra konfrans arbitraj və mediasiya mövzuları üzrə sessiyalarla davam etmişdir. BHM Hüquq Şirkətinin partnyoru Gülnar Qurbanovanın moderatorluğu ilə keçirilən arbitraj sessiyasında Giorgi Batlidze Gürcüstan, Anna Qrişçenkova Rusiya, Turqay Hüseynov isə Azərbaycanda arbitraj qanunvericiliyi və praktiki vəziyyəti barədə təqdimat etdilər.
Hogan Lovells şirkətinin partnyoru Karl Pörnbacherin moderatorluğunu etdiyi sessiyada isə Sofi Tkemaladze Gürcüstan, Lilia Kloçenko Rusiya, Aleksandr Korobeynikov Qazaxıstan, Ruslan Mirzəyev isə Azərbaycanda mediasiya barədə təqdimatlar edərək nəzəri və praktiki biliklərini konfrans iştirakçıları ilə bölüşdülər.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM