BHM Hüquq Şirkəti 2020 Topçubaşov Arbitraj Müsabiqəsinin növbəti partnyorudur! Topçubaşov Məhkəmə Müsabiqəsi (bundan sonra Müsabiqə; müsabiqənin ingiliscə rəsmi adı: Topchubashov Moot Court Competition) Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən təşkil edilən 3 (üç) Raunddan ibarət müsabiqədir. Müsabiqə əsasən kommersiya münasibətləri ilə bağlı ortaya çıxan problemli hüquqi məsələlərə aid xəyali iş üzərində aparılır. Müsabiqə iştirakçıları olan komandalar (hər komanda 4 nəfərdən ibarət olur) Müsabiqə İşinə İddiaçı və Cavabdeh brifləri (iddia ərizəsinin ekvivalenti) yazmalıdırlar. Briflərdən ən yaxşı nəticə göstərən 8 komanda şifahi çəkişmələrdə çıxış etmə hüququ qazanır. BHM Hüquq Şirkəti Azərbaycanda milli hüquqa, hüquqi arqumentə və beynəlxalq qaydalara əsaslanan, eyni zamanda gənc istedadlı yeni nəsil hüquqşünasların yetişməsinə töhfə verən ilk və tək belə bir müsabiqəyə partnyorluq etməkdən qürur duyur.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM